Modern.az

I sinfə qəbul başladı - VİDEO

I sinfə qəbul başladı - VİDEO

1 Mart 2016, 12:00


Bu gündən etibarən təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb.

Modern.az xəbər verir ki, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə  uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.  

 

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?