
Martın 1-də Ağdam rayonunda yaşayan Nurəddin Qurbanovun evində keçirilən ad günü məclisində qanlı olay baş törədilib. Ev sahibinin qohumu Cabir Fərəcov münaqişə zəminində əmisi Seymur Fərəcova bıçaqla xəsarət yetirib.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, S.Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərəcov tutulub.
Modern.az