Modern.az

"Tütünsüz gələcəyimiz - sağlam gəncliyimiz" - FOTO

"Tütünsüz gələcəyimiz - sağlam gəncliyimiz" - FOTO

Təhsil

6 Yanvar 2016, 18:00


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  maliyyə  dəstəyi ilə yanvarın 6-da Naftalan şəhərində Tütünsüz gələcəyimiz sağlam gəncliyimiz layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, Naftalan şəhər 2 saylı orta məktəbdə təşkil olunan tədbirdə  Naftalan  Şəhər İcra Hakimiyyətinin, qeyri-hökumət qurumlarının aidiyyəti ekspertləri, məktəblilər və gənclər  iştirak ediblər. Tədbirdə tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, müxtəlif təqdimatlarla çıxışlar edilib və irəli gələn məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirin açılışında Naftalan Şəhər xəstəxanasının  məsul işçisi Ramil Qasımov 2005-ci ilin 20 sentyabr tarixində Prezident İlham Əliyev cənabları tərəfindən “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası” na qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun imzalandığını və bu qanunun  əhəmiyyəti haqda  məlumat verib.

Tədbirdə təlimçi  Burxan Həsənov  “ Dünyada tütünlə mübarizə təcrübəsi ” mövzusunda slaydlar təqdim edərək bütün incəlikləri görüş iştirakçılarının diqqətinə çatdırıb çıxış ediblər.

Müzakirələrin nəticələrinə görə rəy və məsləhətlər yekunlaşdırılaraq xüsusi vurğulanıb ki, tütün epidemiyasının səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir.

Tədbirin sonunda  növbəti toplantılar yeni dərs ilində olsun və tütünün insan orqanizminə zərəri haqda məlumat tipli kitabçalar, xüsusi loqosu olan papaq və köynəklər orta məktəb şagirdləri və şəhər gəncləri  arasında paylanılmasına qərar verilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış