Modern.az

Türkiyə arxivlərini araşdıran erməni tarixçiləri şoka düşüblər

Türkiyə arxivlərini araşdıran erməni tarixçiləri şoka düşüblər

24 Dekabr 2010, 17:51

Qondarma “erməni soyqırımı” iddiasına son qoyulmasını istəyən Türkiyə Cümhuriyyəti hələ 2005-ci ildə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərin açılması təklifilə çıxış edib.

Təklifə görə, tarixçilərdən ibarət komissiya yaradılmalı, Türkiyə və Ermənistan arxivlərini açıb tarixçilərin ixtiyarına verməlidir ki, sözdə “erməni soyqırımı” iddiası sənədlərdə araşdırılsın. Amma erməni tərəfi təklifin reallaşmasından boyun qaçırdı.

Türkiyə Arxivlər İdarəsinin baş direktoru Yusuf Sarınay Modern.az saytına bildirib ki, axivlərin açılması ilə bağlı Türkiyə tərəfinin müraciətindən sonra Ankaraya işləmək üçün xeyli sayda erməni tarixçi gəlib:
“Erməni tarixçilər gəlir, arxivdə işləyir, sonra gedirlər. Bizim arxivlər hamının üzünə açıqdır, Türkiyənin kimsədən gizlədəcək bir dövrü, utanacaq bir məqamı yoxdur. Erməni mütəxəssislər burada araşdırma aparıb gedəndən sonra, danışmağa heç bir sözləri olmur. Şoka düşüblər. Axı nə danışacaqlar ki, ona görə də bizim arxivlərdə çalışan, araşdırma aparan ermənilər yalnız və yalnız susa bilərlər. Elə belə də edirlər. Odur ki, iftira “soyqırım”la bağlı artıq siyasi fərziyələr irəli sürürlər, siyasi müzakirələr açırlar, amma bir şey alınmaz. Sadəcə, bizlərin də boş dayanmaması lazımdır”.

Yusuf Sarınayın Modern.az-a geniş müsahibəsi qarşıdakı günlərdə saytda olacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu