Modern.az

YAP rəsimisi Metyu Brayzanın səfir təyin olunmasını müsbət dəyərləndirir

YAP rəsimisi Metyu Brayzanın səfir təyin olunmasını müsbət dəyərləndirir

30 Dekabr 2010, 15:00

«Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün belə addımın atılması və gözlənilən qərarın qəbulu tamamilə normaldır».
Bunu dünən jurnalistlərlə söhbətində Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri təyin edilməsinə münasibətini açıqlayan Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini -  icra katibi, millət vəkii Əli Əhmədov dilə gətirib. YAP rəsmisi hesab edir ki, bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı üçün ən çox gözlənilən məsələ Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizama salınmasına ABŞ-ın kömək etməsidir. Ə.Əhmədovun qeyd etdiyinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. «Minsk qrupu indiyə qədər fəaliyyət göstərib, amma bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmayıb. Təbii ki, bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın üzərinə düşür. Minsk qrupu lazımı nəticələr çıxarmalıdır. Yeni səfirdən ən birinci gözləntimiz ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına töhfə verməsidir»- deyə, Ə.Əhmədov sözlərinə əlavə edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu