“Qarabağ” siyasi blokunun yaradılması üzrə işçi qrup işini hələ yekunlaşdırmayıb. Bu barədə Modern.az-a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, ADP və Ümid partiyalarının üzvlərindən ibarət işçi qrupu hazırda siyasi blokun fəaliyyət prinsiplərini və hədəflərinin müəyyən edilməsi üzrə iş planı üzərində işləyir.
“Yaranacaq siyasi blokun əsas hədəflərindən biri 2013-cü il prezident seçkiləridir. Bu istiqamətdə hər iki partiya səylərini birləşdirib mübarizə aparacaq”-deyə S. Cəlaloğlu vurğulayıb.