Modern.az

Bakının yeni Baş Planın ilə bağlı yeniliklər var

Bakının yeni Baş Planın ilə bağlı yeniliklər var

14 Yanvar 2011, 13:06


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"  layihəsinin işlənilməsi üçün hazırlıq işini yekunlaşdırıb. DTAK-da "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı Modern.az saytına bildirib ki, Bakının yeni Baş Plan layihəsinin hazırlanması işinə fevral ayında start veriləcək.

N.Eldarlı deyib ki, "Böyük Bakının Regional İnkişaf Planı" ilə bağlı tender elan olunub. Tenderin əsas hissəsi Bakı Dövlət Lahiyə İnistutu tərəfindən həyata keçirilməlidi. Bu da gələn ay bəlli olacaq.

Qrup rəhbəri lahiyənin 4 hissədən ibarət olduğunu bildirib. Lahiyənin üç hissəsini tender əsasında seçilmiş xarici şirkətlər həyata keçirəcək, dördüncü hissəsini isə yerli təşkilat reallaşdıracaq.
“Mövcüd olan vəziyyətin araşdırılması və öyrənilməsini, işlənilməsini yerli təşkilat həyata keçirəcək. Prespektiv inkşafı xarici şirkətlər və mütəxəssislər işləyəcək”.     

2009-cu ilin aprelindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) Layihəsinin hazırlanması üçün hazırlıq işləri aparır. 
DTAK-də güman edirlər ki, 2012-ci ildə "Böyük Bakının Regional İnkişaf Planı" hazır olacaq.

“Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə  4 hissədən ibarətdir:
I. Böyük Bakının ərazisi üçün ilkin məlumatların toplanması və yerin mövcud vəziyyətinin analizi;
II. Abşeron yarımadasının (Böyük Bakı) ekoloji vəziyyətinin analizi;
III. Regionun 2010-cu ilə qədər mövcud iqtisadi vəziyyətinin analizi, həmçinin 2030-cu ilə qədər perspektivlərin inkişafını proqnozlaşdırmaq;
IV. 2030-cu ilə qədər regionun planlaşdırma sxeminin hazırlanması.

Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu