İş, ticarət və maliyyə dünyasının bir nömrəli jurnalı “Forbes” 2011-ci ilin ən təsirli 100 adını açıqladı. Modern.az saytının məlumatına görə, ABŞ prezidenti Barak Obamanın ilk 10-luqda olmadığı siyahıda Amerikada yaşayan türkiyəli həkim doctor Mehmet Öz üçüncü yerdə qərarlaşıb.
Siyahıda Amerika filmlərinin məşhur rejissoru Steven Spielberg birinci olub. O, bu ilki siyahıda keçən ilin birincisi tok-şou aparıcısı Oprah Vinfreyi arxada qoyub. Vinfrey isə ikinciliyə layiq görülüb.
Siyasətçilər, elm adamları, idmançılar və sənətçilərin yer aldığı siyahıda bu il ilk dəfə bir türk də yer tutub. Amerikada yaşayan doktor Mehmet Öz “Forbes”in “dünyanın ən təsirli insanları” siahısında, Spielberg və Vinfreydən sonra üçüncü olub.
ABŞ prezidenti Barak Obama isə ən təsirlilər siyahısında ilk onluğa düşə bilməyib.
“Forbes” jurnalının “dünyanın ən təsirli insanları” siyahısında ilk 10-luğa düşən insanlar bunlardır:
1-Steven Spielberg
2-Oprah Vinfrey
3-Dr. Mehmet Öz
4-Rush Limbaugh
5-Barbara Valters
6-Bono
7-Phil Jackson
8-Dr. Sanjay Gupta
9-Glenn Beck
10-Bill Cosby