Modern.az

Hansı nazirin e-mail adresi var? (II yazı)

Hansı nazirin e-mail adresi var? (II yazı)

14 Yanvar 2011, 17:07


İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri hesab olunan XXI əsrdə kompüterlər sürətlə həyatımıza daxil olmaqdadır. Azərbaycanda da İKT-nin inkişafı istiqamətində dövlət səviyyəsində müxtəlif addımlar atılmaqdadır. İndi ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması prosesi gedir. Məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsidir. Artıq vətəndaşlar dövlət orqanlarna internet vasitəsilə də müraciət edə, şikayətlərini, təkliflərini onların elektron poçtlarına göndərə bilirlər. O da yaxşı haldır ki, bir sıra hallarda dövlət orqanları e-maillə göndərilən məktublara reaksiya verir.
Maraqlıdır, bəs nazirlərin özlərinin necə, e-mail adresləri varmı, vətəndaşlardan elektron məktublar alırlarmı? Modern.az saytı bu mövzunu yenə davam etdirib.

Əməkdaşımızın suallarını nazirliklərin mətbuat xidmətləri cavablandırıblar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirdi ki, vətəndaşlar sualları ictimayyətlə əlaqələr şöbəsinin e-mail adresinə göndərib, cavab ala bilərlər. “Bizim saytda informasiya şöbəsinin e-mail adresi var, sualların əksəriyyəti ora ünvanlanır və biz cavablandırırıq”.
Komitə rəhbəri Abbas Ələsgərovun özünün e-mail ünvanının olub-olmamasına gəlincə C.Qocayev bunları bildirdi: “Rəhbərliyə ünvanlanan suallar informasiya şöbəsinin e-mail adresinə göndərilir və biz onları rəhbərliyə çatdırırıq”.
C.Qocayev eyni zamnada ictimaiyyətlə əlaqələr şöbəsindən əlavə, ayrı –ayrı şöbələrin e-mail adreslərinin olduğunu və “qaynar xətt”in də fəaliyyət göstərdiyini qeyd etdi. Dövlət Şəhərsalma və Arxetektura Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin elektron poct ünvanı belədir: [email protected]

Qacqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov bildirdi ki, komitə rəhbərliyinə sual ünvanlamaq istəyən şəxslər qurumun saytına daxil olub, komitənin e-mail adresinə yaza bilərlər. “Bizim komitənin e-mail adresi var və bura gün ərzində çoxsaylı məcburi köckünlər tərəfindən ərizələr, suallar daxil olur, biz onları oxuyur, lazım gələrsə cənab Əli Həsənova təqdim edirik, o da sualları cavablandırır”. Komitənin e-mail adresi belədir: [email protected] . S.Hüseynov  dedi ki, kimitə sədri Əli Həsənovun nazir olaraq e-mail adresi yoxdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm bildirdi ki, bu qurumun rəhbəri Nazim İbrahimovun e-mail adresi var və o, gələn  sualları cavablandırır.
Mətbuat sözçüsü eyni zamanda qurumun ayrı-ayrı söbə rəhbərlərinin də e-mail adresinin olduğunu, bura gün ərzində müxtəlif sayda məktubların gəldiyini bildirdi. “Bizdə daxili proqram var, o proqram vasitəsilə digər ünvanlara gələn məktubları, komitə rəhbərinə göndərə bilirik, sual kimə ünvanlanırsa, məhz o şəxs də cavabalandırır”. N.İbrahimovun e-mail adresi isə belədir: İ[email protected] 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, daxil olan suallar mətbuat xidmətinin e-mail adresinə gəlir və mətbuat xidməti bu sualları cavablandırır. Nazir Füzuli Ələkbərovun e-mail adresinin olub-olmamasına gəlincə isə bildirdilər ki, bu barədə bir söz deyə bilməzlər: “Bizdə bununla bağlı məlumat yoxdur. Amma nazirliyə gələn suallardan nazirin xəbəri olur, əgər ona ünvanlanıbsa, sualları məhz özü cavablandırır ”. 

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, bütün suallar [email protected].az  e-mail adresinə ünvanlanır və cavablandırılır. Bu ünvan həm sədrin, həm də ümumilikdə komitənin e-mail adresidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xibmətinin rəhbəri Saleh Aslanov bildirdi ki, həm komitə rəhbəri Hidayət Orucovun, həm də ayrı ayrı şəxslərin e-mail adresləri var, ora çox sayda saual ünvanlanır və cavablandırılır. [email protected] sədr Hidayət Orucovun, [email protected] isə komitənin e-mail adresidir.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev isə sualımıza cavab olaraq bunları bildirdi:
"
Bəli, istənilən şəxs maliyyə naziri Samir Şərifovun elektron ünvanına məktubla müraciət edə bilər. Bunun üçün  [email protected]. ünvanı mövcuddur. Bu ünvana mütəmadi olaraq müraciətlər daxil olur. Nazirə ünvanlanan bütün suallar araşdırılır və vaxtında cavablandırılır.  Eyni zamanda Nazirliyin saytında (www.maliyye.gov.az) həm nazir müavinlərinin, həm də bütün xidmət və şöbə müdürlərinin e-mail ünvanları mövcuddur.
Ümumiyyətlə Maliyyə Nazirliyinin mətbuat xidməti kütləvi informasiya vasitələri ilə sıx əlaqələrə malikdir və davamlı iş üslubu əsas götürülüb. Operativ məlumatlar, hesabatlar vaxtaşırı ictimaiyyətə açıqlanır və mətbuatdan gələn müxtəlif səpkili suallar dərhal cavablandırılır".

(ardı var)

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu