Modern.az

Gəncədə Nizaminin xatirə müzeyi uçub, Qubada Tarix müzeyi bağlanıb....

Gəncədə Nizaminin xatirə müzeyi uçub, Qubada Tarix müzeyi bağlanıb....

15 Yanvar 2011, 16:56

Mədəniyyət və Turizm Nazirliyindən bildirirlər ki, 51 tarix-diyarşünaslıq muzeyinin binalarında uzun illər boyu əsaslı təmir işləri aparılmayıb

Ölkənin 41 şəhər və rayon muzeyinin yeni muasir standartlara cavab verən bədii tərtibata ehtiyacı var. Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il ərzində gördüyü işlər haqqında hesabatında vurğulanır. Nazirlik bildirib ki, Ağcabədi, Daşkəsən, Göyçay, Hacıqabul, Göygöl, İsmayıllı rayonunun Lahıc, Qazax, Qax, Lerik, Lənkəran, Şəki Tarix-Diyarşünaslıq, Mingəcevir şəhərinin Tarixi Muzeyi və digər muzeylərin ekspozisiyalarında təkmilləşdirmə işləri aparılmayıb, eksponatlar bərpa edilməyib, müasir tələblərə uyğun mövzu-ekspozisiya planları hazırlanmayıb.

Sənəddə qeyd edilir ki, respublikanın 51 tarix-diyarşünaslıq muzeyinin binalarında uzun illər boyu əsaslı təmir işləri aparılmayıb. Bu səbəbdən muzeylərin fəaliyyəti muasir tələblərə cavab vermir - (Ağcabədi, Daşkəsən, Qazax, Lerik, Mingəcevir, Neftcala, Sabirabad, Salyan, Şəki). Mingəçevir, Şirvan tarix-diyarşünaslıq muzeyləri coxmərtəbəli yaşayış binalarının birinci mərtəbəsində yerləşir, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxması muzey sərvətlərinin qorunmasına təhlukə yaradır.
Gəncə və Lənkəran Tarix-Diyarşünaslıq muzeylərinin yerləşdikləri dovlət tərəfindən tarixi-memarlıq abidələri kimi qorunan binaların bərpa edilməsi ucun konkret tədbirlərin görülmür. Quba Tarix-Diyarşünaslıq Muzeyinin binası qəza vəziyyətinə düşdüyündən nazirliyin muvafiq əmrinə əsasən tamaşaçılar üçün bağlanıb.

“Ağdaş rayonundakı Maqsud Şeyxzadənin ev-muzeyinin, Gəncə şəhərindəki Nizami Gəncəvinin xatirə muzeyinin binaları uçub, eksponatlar isə mədəniyyət evində və məscid binasında yerləşdirilib”-deyə hesabatda bildirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu