Modern.az

Bütün dövlət orqanlarındakı telefon məlumat xidmətləri bir mərkəzdə birləşdiriləcək

Bütün dövlət orqanlarındakı telefon məlumat xidmətləri bir mərkəzdə birləşdiriləcək

16 Yanvar 2011, 18:57

Azərbaycanın bütün dövlət orqanlarındakı telefon məlumat xidmətləri bir mərkəzdə birləşdiriləcək. Bu xidmət vasitəsilə biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, gömrük rəsmiləşdirilməsi, sosial və digər icbari ödənişlər, əmək qanunvericiliyi, sosial müdafiə, pensiya təminatı və s. barədə məlumat almaq mümkün olacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən xəbər verilib.
Hazırda sahibkarların və vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin «195» telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin telefon məlumat xidmətinə (TMX) inteqrasiya olunaraq vahid TMX-nin təşkil edilməsi üzərində iş aparılır. Bu, vergilər naziri Fazil Məmmədovun təsdiqlədiyi «2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası»nda nəzərdə tutulub.

Qeyd edək ki, ölkədə sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin yaradılması Azərbaycan Prezidentinin 2010-cu il 11 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»nda (Elektron Azərbaycan) da nəzərdə tutulub. Artıq bu xidmətin təşkili ilə bağlı təkliflər hazırlanaraq respublika hökumətinə təqdim edilib.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu