Modern.az

AMİP: “Sərdar Cəlaloğlunun fikirləri yanlışdır”

AMİP: “Sərdar Cəlaloğlunun fikirləri yanlışdır”

17 Yanvar 2011, 15:25

“AMİP İctimai Palatada Demokrat Partiyasının iştirakını istəyib. Partiyanın guya bunun əleyhinə olması barədə Sərdar Cəlaloğlunun sözləri yanlışdır”. Bu sözləri Modern.az –a AMİP-in mətbuat və təbliğat üzrə katibi Əli Orucov bildirib.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu İctimai Palatadya dəvət edilməməsini AMİP sədri Yüsif Bağırzadənin təklifi olduğunu deyib.

“Biz ADP-ni Palatanın iclaslarına dəvət etmişik. Amma onlar imtina ediblər. Sərdar Cəlaloğlu şərt qoydu ki, bu palatada İqbal Ağazadə də qatılsın. Amma müxalifət partiyaları İctimai Palatanın  Milli Məclisdə təmsil olunmayan partiyalardan təşkil olunmasını istəyirdilər”-deyə Ə.Orucov vurğulayıb. Onun sözlərinə görə, S.Cəlaloğlu Ümid partiyasının Palataya dəvətini əsas şərt kimi qoyduğundan danışıqlar alınmayıb.    

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu