Modern.az

Milli Ordunun əsgəri şəhid olub

Milli Ordunun əsgəri şəhid olub

17 Yanvar 2011, 17:12

Cəbhədə atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 17-də baş verib.
Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbört kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər Azadəliyev Məmməd Rasim oğlu həyatını itirib.
1990-cı il təvəllüdlü M.Azadəliyev ötən ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu