Modern.az

Bundan sonra Bakının mərkəzində çoxmərtəbəli binalar tikilməyəcək

Bundan sonra Bakının mərkəzində çoxmərtəbəli binalar tikilməyəcək

Ölkə

18 Yanvar 2011, 11:23


Modern.az
saytının məlumatına görə, bundan sonra Bakı şəhərinin mərkəzində çoxmərtəbəli binaların inşasına icağə verilməyəcək və şəhərin gələcəkdə Zığ, Hövsan qəsəbələrinə doğru genişlənməsi nəzərdə tutulub. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DTAK) rəsmilərindən münasibət öyrəndik.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində  "Böyük Bakının Regional İnkişaf Planı" Layihəsinin İcra Qrupun rəhbəri Novruz Eldarlı Modern.az-a bildirib ki, Bakı şəhərinin Zığ, Hövsan qəsəbələrinə tərəf genişlənməsi ilə bağlı hələki bir konkret fikir yoxdu.
“Biz şəhərin ərazisinin genişləndirilməsini planlaşdırmırıq, mütəxəssislər daha çox şəhərin mövcud ərazilərinin renegenerasiya, rekonstruksiya və abadlaşdırmasını planlaşdırırlar. Bura əsasən "Qaraşəhər", Bibiheybət, "Xutor", Lökbatan və s kimi ərazilər daxildi. “İnkişaf” sözü dedikdə "genişlənmə" nəzərdə tutulmur”.

Bakının mərkəzindəki vəziyyətə münasibət bildirən qrup rəhbəri bildirib ki, "Bayır şəhər" adlandırdığımız ərazinin (şimal tərəfdən Bakixanov küçəsi, soldan Şəhidlər xiyabanına qədər, sağda isə dəniz limanına qədər) hazırda “Bakidövlətlayihə” İnstitutu tərəfindən müfəssəl planı hazırlanır.
“Çoxmərtəbəli binaların şəhərin tarixi ərazisində inşasına dövlət rəhbərliyi tərəfindən qadağa qoyulub və biz də bunu müsbət qarşılayırıq. Hal-hazırda tikilən çoxmərtəbəli binaların taleyini isə zaman göstərəcək. Bundan sonra çətin ki, tarixi yerlərdə çoxmərtəbəli binalar inşa olunsun”.      

N.Eldarlı deyib ki, "Böyük Bakının Regional İnkişaf Planı" çərçivəsində ancaq sxematik konsepsiya hazırlanacaq, konkret “Başplan”larla artıq yerlərdə icra strukturları məşğul olacaqlar. “Bakının inkişaf planında göstərilir ki, yollar hardan keçirilməlidi, yolların arasında olan  ərazilər hansı məqsədlə istifadə olunmalıdır. Məsələn "Ağ şəhər" deyilən layihə hazırlanıb tikilməkdədir və ərazisi 220 hektardır. Bu özü konkret bir layihədir və bu cür yanaşma müsbət qarşılanır. Bakı şəhərin ərazisi 213 min hektardı. Bu miqyasda hər binanı layihələndirmək mümkün deyil, binalarının layihələrilə gələcəkdə lokal “Başplan”lar məşğul olacaq. Buna görə də bizim layihə ancaq zonalaşdırmaqla məşqul olacaq”.

N.Eldarlı Bakının mərkəzində çoxmərtəbəli binaların tikilməsi məsələsinə də fikir bildirilib:
“Hər tikilən binanın və ya kompleksin məhdudiyətləri şəhərsalma və inşaat normalarda göstərilib. Bunlara sadəcə riayət etmək lazımdır”.
Novruz Eldarlı onu da bildirib ki, Bakıda binanın hündürlüyü küçənin eninə uyğun olmalıdır, əgər küçə ensizdirsə onda bina hündür ola bilməz, bu daha çox tarixi yerlərə aiddir.

DTAK-ın Şəhərsalma şöbəsinin müdri Yusif Yaqubzadə bildirib ki, Bakı relyefi çox gözəl şəhərdi. Bakı şəhəri Neapola bənzəyir: ”Biz əgər dəniz kənarında 30-40-50  mərtəbəli binalar tiksək onda qaydaları pozmuş oluruq. Ona görə də Bakının  dəniz tərəfə yaxın olan yerlərində nisbətən aşağımərtəbəli binalar, yuxarı tərəflərdə hündürmərtəbəli binalar tikmək olar. Bakının konkret Zığ, Hövsan tərəfə genişləndiriləcəyini mən deyə bilmərəm. İşnkşaf olan bir dövrdə hər tərəfə inkşaf olacaq. Heç bir şəhər necə var, eləcə qalmır, əhali artdıqca məcburi olaraq genişlənir”.
Şöbə müdiri deyib ki, Prezident İlham Əliyev öz çıxışlarının birində çəhərin mərkəzində çoxmərtəbəli binaların tikilməsinin dayandırılmasını tapşırıb.
“Mənim fikrimcə, bu yaxşıdı”-deyə Y.Yaqubzadə bildirib. Onun fikrincə, Bakıda ən hündür binanın tikilməsi ümumi plandan aslıdı.
“Əgər biz Bakının mərkəzində 16 mərtəbəli bina inşa etsək, onda qıraq yerlərdə gərək 100 mərtəbəli bina tikək. Bu gün Bakıda 9 mərtəbəli bina bir o qədər də hündür tikili hesab olunmur”.

Komitə rəsmisi Bakının mərkəzində binaların çox sıx inşa olunduğunu bildirib. “Bunun nəticəsi olaraq bir çox problemlər yaşanır. Məsələn, nəqliyyat problemi, kanalizasiya xətlərinin tab gətirməməsi, su kəmərlərinin çox yüklənməsi və s.”.

Şöbə müdiri onuda vurğulayıb ki, hələki Bakı ilə bağlı konkret bir sənəd yoxdu ki, orada qeyd olunsun ki, bu mərtəbədən yuxarı bina inşa etmək olmaz. O, çoxmərtəbəli binaların inşasında pozuntulara yol verildiyini qeyd edib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu