Modern.az

Azərbaycanda 71 min 495 kişi və qadın oxuma-yazma bilmir

Azərbaycanda 71 min 495 kişi və qadın oxuma-yazma bilmir

21 Yanvar 2011, 14:56

Dövlət Statistika Komitəsinin Azərbaycanda həyata keçirdiyi sonuncu siyahıyaalmadan sonra məlum olub ki, resbublikada əhalinin 71495 nəfəri savadsızdır.

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az saytına məlumat verilib. Komitənin məlumatına göpə, savadsız kimi siyahıya alınan vətəndaşlar heç bir təhsil almayıblar, hətta orta məktəbdə belə oxumayıblar.
Azərbaycandakı tamamilə təhsilsizlər siyahısında kişilər 19 min 576, qadınlar isə 51 min 919 nəfər təşkil edir.
Statistika Komitəsinin apardığı araşdırma nəticəsində aşkar olub ki, şəhər əhalisi arasında da savadsız insanların sayı heç də az deyil. Azərbaycanda şəhər əhalisi arasında 27 min 500 nəfər savadsız var. Onlardan 7541-i kişi, 19959-u isə qadınlardan ibarətdir. Bu göstəriciyə əsasən deyə bilərik ki, kişilər qadınlara nisbətən daha savadlıdır.
Kənd əhalisi üzrə qeydə alınan statistik göstərici isə daha böyükdür. Kəndli kişilərdən 12035-i, qadınlardan isə 31960 nəfəri nə yazmağı bacarır, nə də oxumağı. Ümumilikdə isə 43 min 995 kəndli savadsızlar siyahısına düşüb.

Statistka Komitəsinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin bir hissəsi, yəni 17002-i nəfəri təhsil almasa da, sərbəst yazıb-oxumağı bacarır. Bunların da 5369-u kişi, 11733 nəfəri isə qadındır. Şəhər əhalisindən 3131 nəfəri kişi, 6679-u isə qadın olmaqla, ümumilikdə 9810 nəfəri təhsil almadan yazıb-oxumağı bacarır. Kənd əhalisi bu siyahıda da geridə qalır. Siyahıya alınan kəndlilərin 7192 nəfəri ən sadə şəkildə yazı yaza və müəyyən qədər də oxuya bilirlər. Qadınlar bu bacarıqlarına görə yenə kişilərdən geridə qalırlar. Kənd əhalisi üzrə 2138 kişi, 5054 qadın əhalini savadlı kütləsi olmasalar da, yazıb-oxumağı bacarırlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu