Modern.az

Azərbaycanda heç bir kəndi olmayan rayon, heç bir qəsəbəsi olmayan şəhər...

Azərbaycanda heç bir kəndi olmayan rayon, heç bir qəsəbəsi olmayan şəhər...

Ölkə

21 Yanvar 2011, 15:52


Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata Azərbaycan əhalisinin siyahıyaalınmasından sonra məlum olub ki, respublikada inzibati ərazi bölgüsü üzrə 77 şəhər, 258 qəsəbə, 1709 kənd ərazi dairəsi, 4259 kənd yaşayış mənətəqəsi var.

Respublika üzrə ən çox şəhər və qəsəbələr Naxçıvan Muxtar Respublikasındadır. Beləki, Naxçıvan MR-də 5 şəhər, 8 qəsəbə, 160 kənd ərazi dairəsi, 207 kənd yaşayış məntəqəsi var.

Qaradağ yeganə rayonudur ki, onun şəhəri, kənd ərazi dairəsi və kənd yaşayış məntəqəsi yoxdur. Bu rayon cəmi 21 qəsəbədən ibarətdir.

İşğal altında olan Xankəndi şəhərinin kənd ərazi dairəsi və kənd yaşayış məntəqəsi yoxdur. Xankəndi 1 şəhərdən və 1 qəsəbədən ibarətdir.

Gəncə şəhərinin də kənd ərazi dairəsi və kənd yaşayış məntəqəsi yoxdur. Gəncənin 1 şəhəri və 2 qəsəbəsi var.

Respublikamızın ən çox kənd yaşayış məntəqəsi olan inzibati ərazi vahidi Lerik rayonudur. Beləki Lerikin 1 şəhəri, 28 kənd ərazi dairəsi, 161 kənd yaşayış məntəqəsi var.

Kənd yaşayış məntəqəsinin sayına görə ikinci yerdə Quba rayonudur. Qubanın 1 şəhəri,  7 qəsəbəsi, 27 kənd ərazi dairəsi, 149 kənd yaşayış məntəqəsi var.

Kəlbəcər rayonu kənd  yaşayış məntəqələrin sayına görə ölkəmizdə üçüncü yerdə durur.
Kəlbəcərin 1 şəhəri, 1 qəsəbəsi,  53 kənd ərazi dairəsi, 145 kənd yaşayış məntəqəsi var.

Ağdam rayonu isə 1 şəhər, 14 qəsəbə, 34 kənd ərazi dairəsi, 123 kənd yaşayış məntəqəsinə malikdir.

Mingəçevir isə 1 şəhərdən ibarətdir.
 
Respublikamızda 2 qəsəbədən, 1 şəhərdən ibarət 2 şəhərimiz var. Bunlar, Gəncə, Şirvan və Sumqayıtdr.

Azərbaycanın paytaxtı Bakı şəhəri isə 1 şəhər, 11 rayon, 59 qəsəbədən ibarətdir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi