Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilib.
İmtahanlarda iştirak etmək üçün yanvarın 6-dan son günədək 31 minə qədər şagird qeydiyyatdan keçib.
Sınaq imtahanlarında ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində verilib. Məqsəd imtahandan sonra abituriyentlərin açıq testləri necə cavablandırmalarını təhlil etməkdir.
Sınaq imtahanının nəticələri həftənin sonuna qədər elan olunacaq.
Sonrakı sınaq imtahanlarının aprel ayından keçirilməsi nəzərdə tutulub.