Modern.az

Müdafiə Nazirliyi: “Zərurət olduqda hərbi toplanışlar keçirilir”

Müdafiə Nazirliyi: “Zərurət olduqda hərbi toplanışlar keçirilir”

26 Yanvar 2011, 11:56

Dünya ölkələrində ehtiyatda olan hərbçilərin hərbi bilik potensialını gücləndirmək və onların praktiki hazırlığını artırmaq üçün tez-tez hərbi toplanışlar keçirilir. Sonuncu belə bir qərarı Rusiya prezidenti Dmitri Medvedev imzalayıb.

20 ilə yaxındır ki, Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanda  bu məsələ ətrafında sükut hökm sürür. Son illərdə ehtiyatda olan hərbiçilərin onların “sbor” adlandırdığı toplanışlara çağırılması ilə bağlı heç bir məlumat yoxdur.

Azərbaycanda ehtiyatda olan hərçilərin toplanışları keçirilirmi? Bu suala cavab tapmaq üçün Müfadiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Modern.az saytına bildirdi ki, zərurət olduqda Azərbaycanda hərbi toplanışlar keçirirlir. Bu məsələ ilə bağlı ətraflı danışmaq istəmyən T. Abdullayev əlavə heç bir söz deyə bilməyəcəyini vurğuladı.

Xatırladaq ki, bu kimi hərbi toplanışlar ekstrimal şəraitdə, respublika əhalisinin və ya onun bir hissəsinin həyatını təhlükə altına alan böyük qəzalar, təbii fəlakətlər, güclü epidemiyalar və digər hallar zamanı hadisələrin qarşısını almaq və ya nəticələrini aradan qaldırılmaq üçün keçirilə bilər.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu