Modern.az

Sınaq imtahanlarının nəticələri açıqlandı

Sınaq imtahanlarının nəticələri açıqlandı

26 Yanvar 2011, 14:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 23-də Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilən imtahanların nəticələri artıq məlumdur.

Sınaq imtahanında iştirak etmək üçün 31126 abituriyent qeydiyyatdan keçib. Onlardan 1460 nəfəri imtahanda iştirak etməyib. 29 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub. 

Qeyd edək ki, növbəti  sınaq imtahanlarının müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.

İmtaanların nəticələri TQDK-nın internet səhifəsində yerləşdirlib. (burada - //www.tqdk.gov.az/sinaqnetice/)

Modern.az
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu