Modern.az

Azərbaycanda daha 18 təhsil müəssisəsinin akkreditasiyası keçiriləcək

Azərbaycanda daha 18 təhsil müəssisəsinin akkreditasiyası keçiriləcək

Ölkə

29 Yanvar 2011, 13:42

Təhsil Nazirliyindən verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda 15 təhsil müəssisəsinin akkreditasiyası keçirilib. Onlardan 8-i ali təhsil, 5-i orta ixtisas təhsili, 2-si isə ilk peşə-ixtisas təhsili müəssisəsidir.
Nazirliyin Akkreditasiya şöbəsindən Modern.az-a bildirilib ki, 2011-ci ildə 18 təhsil müəssisəsinin akkreditasiyası keçiriləcək. Onlardan 5-i ali təhsil, 7-i orta ixtisas, 6-sı isə ilk peşə-ixtisas təhsil müəssisəsidir.

Ötən il ərzində lisenziya verilməsi ilə bağlı nazirliyə 30 müraciət daxil olub. Müəssisələrdən 16-na maddi-texniki bazası normativlərə cavab vermədiyinə görə lisenziya verilməsi məqsədəuyğun hesab edilməyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu