Modern.az

Metyi Brayza: "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet olacaq"

Metyi Brayza: "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet olacaq"

Ölkə

2 Fevral 2011, 10:58

“Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet məsələ olacaqdır”. Səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə belə deyib. (AzərTAc)
Diplomat qeyd edib ki, Azərbaycan və ABŞ arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacaq.
ABŞ-Azərbaycan Tİcarət Palatasının yaydığı məlumata əsasən, tədbirdə Palatanın əməkdaşları, səfir Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
ABŞ-ın Azərbaycandakı yeni səfirinin andiçmə mərasimi ötən həftə Dövlət Departamentində keçirilib. Obama hakimiyyətinin ölkəmizlə münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirərək andiçmə mərasimində dövlət katibi Hillari Klinton şəxsən iştirak edib.
Xatırladaq ki, ötən ilin mayında Mətyu Barzaynın Bakıya səfir namizədliyini irəli sürən Prezident Barak Obama Senatın qərarını gözləmədən bir ay əvvəl “tətil təyinatı” səlahiyyətindən istifadə edərək onu vəzifəsinə təsdiqləmişdi. ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi bir il yarım idi ki, vakant qalırdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu