Türkiyə Azrbaycanla olan sərhəd buraxılış məntəqələrini bağlayıb. Modern.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Rəsmi açıqlamalara görə təkcə Azrbaycanla deyil, bütün sərhəd ölkələri ilə olan məntəqələr hazırda bağlıdır. Səbəb kimi ölkənin gömrük xidmətinin kömpüter məlumat bazasında yüklənmələrlə bağlı yaranan problemlər göstərilir.
Türkiyənin gömrük xidməti açıqlama yayaraq bildirib ki, kompüter sistemində olan nasazlıq aradan qaldırıldıqdan sonra sərhəd-keçid məntəqələrinin işi bərpa olunacaq.
Hazırda Türkiyə Azərbaycandan başqa İran, İraq, Suriya, Yunanıstan, Bolqarıstan və Gürcüstanla olan sərhədləri bağlıdır. Həmçinin dəniz limanlarında da sərhəd buraxılış məntəqələrinin işi dayandırılıb.
Modern.az