Modern.az

Əhəd Abıyev: "Daşkəsəndə rüşvətxor məmurlara yer yoxdur" (FOTOLAR)

Əhəd Abıyev: "Daşkəsəndə rüşvətxor məmurlara yer yoxdur" (FOTOLAR)

29 Mart 2011, 15:40

“Daşkəsəndə əhalinin problemlərinə biganə yanaşan və rüşvətə meylli məmurların bizim aramızda yeri ola bilməz”. Modern.az saytının məlumatına görə, bu açıqlama ilə ölkə prezidentinin fevralın 23-də imzaladığı sərəncamla Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilən sabiq deputat Əhəd Abıyev yeni Əhəd Abıyev çıxış edib. 

O bildirib ki, rayonda qeydə alına biləcək rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır: “Biz yeni bir xətt götürdük. Xalqın, insanların problemlərini öyrənib, onların həllinə çalışırıq. Mütəmadi olaraq vətəndaşları, şikayətə gələn əhalini qəbul edirik. Çalışırıq ki, bizə verilən etimadı layiqincə doğruldaq”. İcra başçısı həmçinin qeyd edib ki, rayonda vaxtı ilə işləyən müəssisələrin fəaliyyəti bərpa olunacaq. Həmçinin, Daşkəsənin turizm imkanları genişləndiriləcək. “Rayonda bir vaxtlar iri müəssisələr fəaliyyət göstərib. Belə müəssisələrin yenidən fəaliyyətə başlaması üçün əlimizdən gələni edəcəyik. Mən kəndləri bir-bir gəzirəm, insanların yaşayış şəraiti ilə maraqlanıram. Yerlərdə olan problemləri öyrənirik ki, vaxtında həll edilsin, əhalinin rifah halı yaxşılaşsın. Daşkəsənin təbiəti də zəngindir. Burada turizmin inkişafı üçün hərtərəfli şərait var”,-deyə Ə.Abıyev rayonda keçirilən tədbirdə bildirib.

 

 

 

Xaliq Qurbanov Daşkəsən

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu