Hazırda müxalifətin müraciətinə baxılır
“İctimai Palatanın mitinq keçirməsinə icazə verilməsi ilə bağlı Bakı Şəhər icra hakimiyyətinə göndərdiyi məktuba baxılır”. Bu barədə Modern.az-a BŞİH-in rəsmisi Zaur Ramazanov deyb. Onun sözlərinə görə, cavab hazır olan kimi göndəriləcək. “Ola bilsin ki sabah İctimai Palatanın müraciətinə rəsmi cavab verilsin”-deyə Z.Ramazanov vurğulayıb. Qeyd edək ki, müxalifət partiyalarının cəmləşdiyi İctimai Palata aprelin 2-də kütləvi aksiya keçirmək üçün yer ayırlamsı üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müxalifət partiyaları aksiyanın keçirilməsi üçün Nəriman Nərimanov bağının qarşısını istəyiblər. Əks təqdirdə onlar Fəvvarələr meydanında icazəsiz aksiyalara başlamaqla hədələyiblər
. Modern.az