Modern.az

İsa Qəmbər Baş Polis İdarəsinin rəisi ilə görüşüb

İsa Qəmbər Baş Polis İdarəsinin rəisi ilə görüşüb

1 Aprel 2011, 18:07

Müsavat başqanı İsa Qəmbər Bakı şəhər Baş Polis İdarəsinə gəlib. Bu barədə Modern.az-a partiya icra aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, hazırda görüş davam edir.

Qeyd edək ki, bu gün Müsavat başqanı şəhər Polis İdarəsinin rəisi Rafiq Abbasov və şəhər prokuroru Əziz Seyidovla görüşə dəvət olunub. Görüşdə məqsəd müxalifətin sabahkı aksiyasının qeyri-qanuni olması barədə İctimai Palatanı xəbərdarlıq etməkdir.  

***

İsa Qəmbər görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, Bakı şəhər Baş Polis İdarəsinin rəisi general Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb.
Rəsmilər İsa Qəmbərə İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqin şəhərin mərkəzində keçirilməməsini tövsiyə ediblər.
İsa Qəmbərin sözlərinə görə, o da hüquq-mühafizə orqanlarının rəhbərlərinə deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın şəhərin mərkəzində keçirilməsinə razılıq vermədiyi üçün mitinq İctimai Palatanın məqsədəuyğun saydığımı yerdə keçiriləcək. 
İsa Qəmbər eyni zamanda bildirib ki, "mən də onlara dedim ki, yaxşı olar, hakimiyyət də düşünsün və aksiya üçün İctimai Palatanın istədiyi yeri versin. Sabaha qədər vaxtları var".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər