Modern.az

Bütün Hollivud aktyorları Azərbaycan dilində “danışacaq”

Bütün Hollivud aktyorları Azərbaycan dilində “danışacaq”

Ölkə

4 Aprel 2011, 13:51

İyul ayının 15-dən kinoteatrlar filmləri dövlət dilində nümayiş etdirməlidirlər

Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə ölkədəki bütün kinoteatrlar iyul ayının 15-dən etibarən filmləri dövlət dilində nümayiş etdirməlidirlər.
Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, bu barədə nazir müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşlarının iştirakı ilə Dövlət və özəl televiziya kanallarının kino-proqram departamentlərinin rəhbərləri ilə görüşündə bildirilib.

Görüşdə televiziya kanallarında nümayiş etdirilən filmlərin dövlət reyestrində qeydə alınması, eyni zamanda, xarici filmlərin tərcüməsi, səsləndirilməsi və Azərbaycan dilinin normalarının qorunması sahəsində mövcud vəziyyət ciddi müzakirə olunub.
Ədalət Vəliyev televiziya kanallarında göstərilən filmlərin bəzi hallarda qeydə alınmadan və müvafiq yayım vəsiqəsi əldə etmədən efirə çıxarılmasının yolverilməz olduğunu bildirib və televiziya kanallarının təmsilçilərinə iradını çatdırıb. Müzakirə zamanı qeyd olunub ki, bəzən filmlərin dünya premyerasından dərhal sonra bəzi televiziya kanallarında nümayiş olunur ki, bu da ciddi qanun pozuntusudur. Belə halların qanunvericiliyin tələblərini pozmaqla yanaşı, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü yolunda ciddi maneə olduğu  diqqətə çatdırılıb.
Görüşdə xarici filmlərin tərcüməsi və dublyajında, səsləndirilməsi sahəsində də ciddi qüsurlar tənqid olunub. Bu sahəyə də diqqətin artırılması xüsusi qeyd olunub, bu işə peşəkar tərcüməçilərin, aktyorların cəlb olunması tövsiyə edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər