Modern.az

İsa Qəmbərin hərbi xidmətdəki oğlu ön cəbhəyə aparılıb?

İsa Qəmbərin hərbi xidmətdəki oğlu ön cəbhəyə aparılıb?

4 Aprel 2011, 16:10

Modern.az saytı xəbər verir ki, “Facebook” sosial şəbəkəsində yayılan məlumata görə, Müsavat başqanı İsa Qəmbərin hərbi xidmətdə olan oğlu İlkin Qəmbər qulluq etdiyi hərbi hissədən çıxarılaraq ermənilərlə üzbəüz cəbhə xəttinə aparılıb. “Facebook”da İlkin Qəmbərin dostları onun adından adından “məni cəbhəyə göndərirlər, mənə görə narahat olmayın. Ola bilsin erməni ilə üz-üzə qalım”-qeydini qoyublar. 

İ.Qəmbərin adından yazılan qeyddə bildirilib ki, 30-40 əsgərlə birlikdə avtobusa mindirilib və hara getdikləri bilinmir. O dostlarına yazıb ki, atası İsa Qəmbərə oğlunun cəbhə bölgəsinə göndəriləcəyi ilə bağlı qeyri-rəsmi xəbərdarlıq edilib.

Modern.az-ın məlumatına görə, Müsavat başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər bu ilin yanvarında hərbi xidmətə yollanıb. Qeyd edək ki, İlkin Qəmbər ali təhsilini başa vurandan sonra vətən qarşısında hərbi borcunu yetirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər