Modern.az

"Azərsu"da bəzi idarələr ləğv edildi

"Azərsu"da bəzi idarələr ləğv edildi

4 Aprel 2011, 16:55

Bakı ətrafı qəsəbə və kəndlər, həmçinin regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədi ilə “Azərsu” ASC-də yeni departament və şöbələr yaradılıb. Bu haqda qurumum mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.

Aparılan stuktur dəyişikliklər zamanı “Azərsu” ASC-nin İdarəetmə aparatında 4 yeni departament yaradılıb. Bunlar Tikinti, Kommersiya, Təsisat və Su mənbələrinin işlənməsi və magistral su kəmərləri departamentləridir.

Yeni departamentlərlə yanaşı, “Azərsu” ASC-də Strateji inkişaf beynəlxalq layihələrin təminatı, Daxili audit, Keyfiyyətə nəzarət, Elm və texnika şöbələri daxil olmaqla bir sıra yeni struktur bölmələri də formalaşdırılıb.

“Azərsu” ASC sədri Qorxmaz Hüseynovun əmri ilə idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə aprelin 1-dən Bakı su kəməri istismar idarəsi, Bakı kanalizasiya xidməti idarəsi və Suölçmə cihazlarının istismar təsərrüfatı və bəzi satış müəssisəsi ləğv edilərək əvəzində Bakı su kanal idarəsi yaradılıb.
“Azərsu” ASC-dən saytımıza vildirlib ki, islahatlar çərçivəsində kiçik müəssisələrin ləğv edilməsi, vahid bir qurumun təşkili iş yerlərinin azalmasına və işçilərin ixtisarına gətirib çıxarmayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər