Modern.az

Siyavuş Novruzov: “Müxalifət aprelin 16-a təyin etdiyi mitinqi qanuna uyğun keçirməlidir”

Siyavuş Novruzov: “Müxalifət aprelin 16-a təyin etdiyi mitinqi qanuna uyğun keçirməlidir”

5 Aprel 2011, 12:31

YAP icra katibinin müavini hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ oldğunu bəyan edib

«Hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var və insanlar hər hansı aksiya keçirə bilərlər. Amma aksiyanın keçirilməsi qanun çərçivəsində olmalıdır».
Bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, müxalifət partiyalarının aprelin 16-a təyin etdiyi mitinq də qanuna uyğun şəkildə keçirilməlidir. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyalar keçirmək müvafiq yerlər ayırıb.

«Əgər kimsə öz fikirlərini tərəfdarları ilə bölüşmək istəyirsə, burada yer məsələsi problem olmamalıdır. Yəni onlar mitinq üçün ayrılmış yerlərdə bunu sərbəst şəkildə edə bilərlər. Dünyanın inkişaf etmiş dövlətlərində də aksiyalar qanun çərçivəsində keçirilir. Müasir dövrdə kütləvi informasiya vasitələri ilə, internet vasitəsilə daha geniş şəkildə müzakirələr aparmaq, fikirlərini çatdırmaq mümkündür. Buna baxmayaraq, müxalifət mitinq keçirmək istəyirsə, qanunlara riayət etməlidir. Əgər bu dəfə də onlar qanundan kənara çıxacaqlarsa, belə halların qarşısını alınmalıdır»- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər