Ermənilər Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərində inşa olunan yeni aeroportun açılışını təxirə salıblar. Modern.az saytı “Armenia Today”a istinadən bildirir ki, bu barədə məlumatı işğal altındakı Dağlıq Qarabağda yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın sözçüsü David Babayan verib.
D.Babayan deyib ki, mayın 9-na təyin olunan açılışın təxirə salınması sırf texniki problemlərlə bağlıdır. D.Babayan onu deməyi unutmayıb ki, təxirə salınma Azərbaycanın hədələri ilə bağlı deyil.
Qeyd edək ki, rəsmi Bakı bir neçə gün öncə xəbərdarlıq edib ki, Azərbaycanın Xankəndi şəhərinə beynəlxalq konvensiyalara zidd olaraq uçacaq təyyarə vurula bilər.
Buna cavab olaraq Ermənistan prezidenti Serj Sərkisyan Xankəndinə uçacaq ilk təyyarənin birinci sərnişinin özü olacağını demişdi.
Dağlıq Qarabağın mərkəzi Xankəndinə inşa olunan yeni aeroport:
Modern.az