Modern.az

Ağdaban soyqırımının 19 ili tamam olur

Ağdaban soyqırımının 19 ili tamam olur

6 Aprel 2011, 17:03

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir bəşəri cinayətin, Ağdaban soyqırımının 18 ili tamam olur.

1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni vandalları tərəfindən yerlə yeksan edilib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. Soyqırım zamanı 67 nəfər qətlə yetirilıb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilıb.

Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir, XOCALI, XATIN və SONQİMİ soyqrımının təkrarıdır. 1992-ci il aprelində baş verən Ağdaban faciəsindən respublika əhalisi hələ də lazımınca xəbərdar deyil. Baş verən qanlı hadisələr dünya ictimaiyyətinə də ətraflı çatdırılmayıb.

1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qalıb.

Kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşrin evi və zəngin arxivinə od vurulub külə döndərilib.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər