Modern.az

“Azneft”in baş direktoru işdən getdi...

“Azneft”in baş direktoru işdən getdi...

Ölkə

7 Aprel 2011, 15:41

Modern.az saytı xəbər verir ki, aprelin 7-də “Azneft” İstehsalat Birliyində ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Birlik rəhbərliyinin toplantısı keçirilib. ARDNŞ prezidenti çıxış edərək Birliyin baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və Daşqın İskəndərovun “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edildiyini bildirib.

R.Abdullayev Daşqın İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu vurğulayıb. ARDNŞ prezidenti Birliyin yeni baş direktorunu təbrik edərək ona yeni vəzifədə uğurlar arzulayıb.
D.İskəndərov 1991-ci ildən “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, “Neftin və qazın ilkin hazırlanması və nəqli” sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib.
2007-2010-cu illərdə o, “28 may” NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İskəndərov “Azneft” İB-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu