Modern.az

Abel Məhərrəmov: “Qarşısı alınmasa, vəziyyət bərbad olacaq...”

Abel Məhərrəmov: “Qarşısı alınmasa, vəziyyət bərbad olacaq...”

Ölkə

8 Aprel 2011, 13:33

BDU rektoru magistraturada oxuyanlar üçün  hərbi möhlət istədi

Bakı Dövlət Unversitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bugünkü plenar iclasında magisturaturada oxuyan tələbələrə hərbi xidmətdən möhlət verilməsini istəyib.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, ölkə müharibə şəraitində olsa da, təhsillə bağlı məsələdə unudulmamalıdır.

“Bu gün Azərbaycanda təhsil qanunvericiliyinə görə magistratura və doktorantura ilə bağlı elmi dərəcə, təhsil almaq istəyənlər arasında oğlanlar hərbi xidmətə çağırılırlar. Bu gün BDU-da 988 magistr var, onlardan 687-i qız, 301-i oğlandı. Demək bu 301 oğlanın hamısı əsgər yaşlı oğlanlardır və bunların hamısı əsgər gedəcəklər. Təcrübə onu göstərir ki, qızlar əksər vaxtlarda ailə qurandan sonra başları uşaqlarına qarışır, elmin arxasınca tam gedə bilmirlər. Oğlanlar da əsgər gedəcəklərsə, bizim elmimiz kimlərin hesabına inkşaf edəcək?”-deyə deputat sual edib.

Millət vəkili digər problemə də toxunub. Onun sözlərinə görə, magistr pilləsində təhsil alan tələbələr dövlət qulluğuna qəbulla bağlı test müsabiqəsində iştirak edir və əksər vaxtlarda da müsabiqədən keçirlər.
“Onlar müsabiqədən keçən zaman universitetin  rəhbərliyinə müraciət edirlər ki, biz artıq dövlət qulluğuna qəbul olunduğumuz üçün magistr üzrə təsil almaq istəmirik. Bu kimi məsələlərin qarşısını almasaq, təhsil məsələmiz çox bərbad gündə olacaq”-deyə A. Məhərrəmov vurğulayıb.  Deputat  bu məsələnin mütləq nəzərə alınmasını xahiş edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu