Modern.az

Azərbaycan səfirliklərindəki nöqsanlarla bağlı hökumətə təkliflər verilib

Azərbaycan səfirliklərindəki nöqsanlarla bağlı hökumətə təkliflər verilib

14 Aprel 2011, 12:53


Hesablama Palatasının Azərbaycanın bir sıra xarici ölkələrdəki diplomatik korpusunda aparılan audit yoxlaması zamanı ciddi nöqsanlar aşkarladığı barədə xəbər vermişdik.

Modern.az saytının məlumatına görə, Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabata görə, Türkiyə və İtaliyadakı səfirliklərimizdə, İstanbul şəhərindəki Baş Konsulluğumuzda maliyyə pozuntuları üzə çıxıb.

Nöqsanları nəzərə alan Hesablama Palatası Nazirlər Kabinetinə də məsələ ilə əlaqədar təklif və tövsiyyələr təqdim edib.

Hesablama Palatası bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliklərində işləyən diplomatik xidmət əməkdaşlarının icarəyə götürdükləri yaşayış sahəsinin, yaşama ilə əlaqadar məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin normalarının, diplomatik nümayəndəliklərə məxsus olan yaşayış bina və həyatyanı sahələrinin saxlanılması xərclərinin, həmçinin ziyafət və digər tədbirlərin keçirilməsi və hədiyyələrin kimlərə verilməsinin əhatə dairəsi və siyahısı, ştatdankənar işçilərə olan tələbatın müəyyən edilməsi mövcüd normativ sənədlərlə tənzimlənmir. İcarə  haqlarının ödənilməsi   və digər bir sıra məsələlərin həllini tənzimləyən müddəalarda  nəzərdə tutulmuş  icra mexanizimlərində isə qeyri-müəyyənlik  mövcuddur. Bu isə vəsaitlərin təyinatının əsassız dəyişdirilməsinə, bəzən onlardan sui-istifadə hallarına da şərait yaradır.

“Bu kimi halların aradan qaldırılması məqsədi ilə və Hesablama Palatasının əvvəlki illərdə təqdim etdiyi təkliflər də nəzərə alınmaqla Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunan  “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarlı”nın yenidən işlənməsini, həmin sənəddə xərc normalarını və istiqamətlərini konkret tənzimləyən müddəaların  nəzərdə tutulmasını  məqsədəmüvafiq hesab edirik”-deyə Hesablama Palatasının hökumətə təqdim etdiyi təkliflərdə bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu