Milli Məclisin növbəti plenar iclası mayın 6-da keçiriləcək. Bu barədə Modern.az saytına millət vəkili Zahid Oruc məlumat verib. İclasın gündəliyinə 6 məsələ daxil edilib. Deputatlar ilk olaraq “İnsan Hüquqları üzrə Müvəkkil haqqında” qanuna edilmiş konstitusiya dəyişikliyi ilə bağlı təkrar səsvermə keçirəcəklər. Daha sonra Naxçıvan MR-nın Konstitusiyasına dəyişikliklə bağlı sənəd müzakirə olunacaq. Millət vəkilləri həmçinin neftlə bağlı bir neçə sazişi də müzakirəyə çıxaracaqlar.
Plenar iclasın gündəliyinə həmçinin Balakən rayonunun inzibati ərazi bölgüsü ilə bağlı məsələ də daxil edilib. Deputatlar son laraq Gömrük Məcəlləsini müzakirə edəcəklər.
Modern.az