Modern.az

Abituriyentlər üçün ən vacib məsələ: keçid balları aşağı salınacaq, salınmayacaq..?

Abituriyentlər üçün ən vacib məsələ: keçid balları aşağı salınacaq, salınmayacaq..?

Ölkə

29 Aprel 2011, 12:50


Aprelin 20-dən etibarən 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən ərizə qəbulu başlanıb. Abituriyentlər mayın 31-dək elektron ərizələrini təsdiq etdirməlidirlər. Artıq imtahanların vaxtı da bəllidir. Abituriyentləri maraqlandıran ən əsas məsələ isə qəbul imtahanlarından sonra ixtisas qrupları üzrə müsabiqədə iştirak ballarının aşağı salınıb-salınmayacağıdır. Qeyd edək ki, Modern.az saytı abituriyentlərlə bağlı məsələləri gündəmdə saxladığı üçün redaksiyamıza ixtisas qrupları üzrə keçid balları barədə çoxlu suallar ünvanlanır.
Abituriyentlər təkrar-təkrar ixtisas qrupları üzrə müsabiqədə iştirak ballarının aşağı salınıb-salınmayacağını soruşurlar. Biz də öz növbəmizdə bu sualları ümumiləşdirərək Tələbə Qəbulu Üzrə Dövlət  Komisiyasına (TQDK) ünvanlamışıq.

TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, ixtisas qrupları üzrə minimum keçid balları ötənilki kimidir. Ballar qabaqcadan aşağı salınmır. Balın aşağı salınması abituryentlərin göstərdiyi nəticələrdən asılı ola bilər.

Xatırladaq ki, TQDK-nın ötən il keçirdiyi qəbul imtahanlarında ixtisaslar üzrə minimum keçid balları aşağıdakı kimi idi:

I ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

II ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

III ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

IV ixtisas qrupu üzrə ixtisas seçiminə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buaraxılıblar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayıb.

Beləliklə, abituriyentlər bilməlidilər ki, ballarla bağlı qaydalar dəyişməyib...

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər