Modern.az

Rövnəq Abdullayev daha bir təyinata imza atdı

Rövnəq Abdullayev daha bir təyinata imza atdı

Ölkə

29 Aprel 2011, 14:55

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Dövlət Neft Şirkətində (ARDNŞ) -də kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi məqsədlə qurumun Baş Ofisində “İnsan resursları departamenti” yaradılıb.
Departament “Üçot və işçilərlə əlaqələr”, “Təlim və inkişaf” və “İşə qəbul və yerləşdirmə” şöbələrindən ibarətdir.
Şirkətdən bildirilib ki, yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək.

Moder.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, “İnsan resursları departamenti”nə rəis təyinatı olub. Asif Bəkirli ARDNŞ-nin Baş Ofisində yeni yaradılmış “İnsan resursları departamenti”nin rəisi təyin edilib. Bundan əvvəl o, Şirkətin Sosial İnkişaf İdarəsinin Təlim,Tədris və Sertifikatlaşdırma Departamentinin rəisi işləyib.

Yaxın gələcəkdə ARDNŞ-də vakant yerlər üzrə işə qəbulun elan olunması və iddiaçıların imtahan edilərək seçilməsi “İnsan resursları departamenti” tərəfindən həyata keçiriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər