Modern.az

Sumqayıtın icra başçısı sakinlərə xoş xəbər verib

Sumqayıtın icra başçısı sakinlərə xoş xəbər verib

Ölkə

1 May 2011, 15:46

Sumqayıtın icra başçısı Eldar Əzizov 18-ci mikrorayonun sakinləri ilə görüşərkən tezliklə şəhərin su-kanalizasiya xətlərinin yenidən qurulacağı barədə məlumat verib. E.Əzizov bildirib ki, yaxın günlərdə “Azərsu” ASC-nin rəhbəri Sumqayıta gələcək və su-kanalizasiya xətlərinin dəyişdirilməsi ilə bağlı böyük layihəyə start veriləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a deyib ki, bu günlərdə sözügedən məsələyə dair böyük proqramın təsdiqlənməsi gözlənilir.

Onun sözlərinə görə, ölkə başçısı Sabunçuda olarkən bütün Bakıətrafı qəsəbələrin, o cümlədən Sumqayıtın infrastrukturun dəyişdirilməsi ilə bağlı proqaramın qəbul olunacağını bildirib. O cümlədən proqramda su-kanalizasiya siteminin yenidən qurulması da nəzərdə tutulub.
A.Cəbrayıllı deyib ki, proqram hələ qəbul olunmayıb.

Qeyd edək ki, prezident İlham Əliyev Sabunçu rayonunda olarkən Bakıətrafı qəsəblərin və kəndlərin infrasturkturun yaxşılaşması üçün 2011-2013-cü illəri əhatə edəcək geniş Dövlət Proqarmının qəbul olunacağını bildirib. Bu proqram əsasında bütün məsələlər, o cümlədən su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yolların çəkilməsi, abadlıq işlərinin aparılması kimi məsələlər öz həllini tapacaq.

Sumqayıtın yaşayış massivlərində də su və kanalizasiya problemləri yaşanır. İndi sakinlər səbirsizliklə icra başçısı Eldar Əzizovun verdiyi vədin realaşacağı günü gğzləyirlər.
 
Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər