Dövlət başçısı sosial şəbəkədə keçirilən sorğuda müxalifətçiləri geridə qoyub
İsa Qəmbər rəqibindən üç dəfə geridədir
“Facebook” sosial şəbəkəsində “İndi seçkilər keçirilsə, kimə səs verərsiniz?”sorğusu start götürüb. Siyahıya Azərbaycan prezidenti İlham Əliyevin, Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, VHP lideri Sabir Rüstəmxanlının və Umid partiyasını sədri İqbal Ağazadənin adı salınıb.
Modern.az-ın məlumatına görə, respondentlərin bu günə qədərki səsverməsinin nəticələrinə görə, Azərbyacan prezidenti İlham Əliyev rəqiblərini xeyli geridə qoya bilib. 1000 nəfər “Facebook” üzvü indi seçkilər keçiriləcəyi təqdirdə prezidentə səs verəcəyini qeyd edib.
Müsavat baqşanı İsa Qəmbər dövlət başçısından iki dəfə geri qalır. Belə ki, Müsavat başqanının lehinə 320 nəfər səs verib. AXCP sədri Əli Kərimli isə 201 səs toplaya bilib. İqbal Ağazadə 15, Sabir Rüstəmxanlı isə 49 səs qazanıb.
Qeyd edək ki, virtual sorğu hər bir siyasətçinin tərəfdarlarının qızğın təbliğatı şəraitində aparılır.
Modern.az