Modern.az saytının məlumatına görə, Gəncədə polis əməkdaşı öz silahının qurbanı olub. Hadisə Gəncə Regional Mühafizə İdarəsində baş verib. Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşı, baş çavuş 43 yaşlı Yolçu Eldar oğlu Nəsibov iş yerindən xidməti silahını götürərkən ehtiyatsızlığa yol verib. Bu isə xoşagəlməz sonluqla nəticələnib.
Yolçu Nəsibov “Makarov” tipli tapança ilə güllə yarası alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, bunun faydası olmayıb. Xəsarət alan Yolçu Nəsibov xəstəxanada cəmi bir neçə dəqiqə qalıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı pols işçisi əməliyyat stolundaca dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, güllə yarası Yolçu Nəsibovun bir neçə orqanını sıradan çıxardığından müayinələr nəticə verməyib. Hadisənin hansı şəraitdə və necə baş verməsi Gəncə şəhər Prokurorluğunda araşdırılır.
Xaliq Qurbanov
Gəncə