Modern.az

Təbrizdə böyük qarşıdurma (VIDEO)

Təbrizdə böyük qarşıdurma (VIDEO)

Ölkə

2 May 2011, 18:10

Futbol oyunundan sonra şəhərdə aləm qarışıb

Mayın 1-də İranın futbol üzrə ölkə çempionatının 32-ci həftəsi çərçivəsində Təbrizin “Traktor” komandası Qum şəhərinin “Səba” klubunu qəbul edib. Modern.az-ın məlumatına görə, Təbriz vaxtıyla saat 18:00-da “Səhənd” stadionunda başlayan görüşü 50 mindən artıq azarkeş izləyib. Lakin Təbriz komandası doğma divarlar arasında 1:2 hesabıyla məğlub olub.
Təbrizlilər isə bu məğlubiyyəti hakimin ədalətsiz qərarları ilə izah ediblər. Çünki oyunun son dəqiqələrində hakim yardımcısının təyin etdiyi penaltini (cərimə zərbəsi) verməyib. Ona görə də qarşılaşmadan sonra azarkeşlər həm stadion daxilində, həm stadion kənarında, həm də Təbrizin müxtəliff məhəllələrində, xüsusilə Abresan meydanında toplaşıb, avtomobillər davamlı siqnal verib və soydaşlarımız “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi milli şüar səsləndiriblər. Nəticədə azərbaycanlı azarkeşlərlə polislər arasında qarşıdurma baş verib. Polis və “Bəsic” (hökumət tərəfdarları yarımsılahlı dəstələr) qüvvələri xüsusi motosikletlər və gözyaşardıcı qazla soydaşlarımıza qarşı hücuma keçiblər. “Traktor” azarkeşləri isə özlərini daşla qorumağa başlayıblar.
Soydaşlarımızın müqaviməti polis və “Bəsic” qüvvələrini geri oturdub. Ancaq hökumət qüvvələri həm stadion ətrafı, həm də Abresan meydanında var gücləriylə hücuma keçiblər. Onlar qarşılarına keçən insanları, hətta uşaqları belə döyüb və onlardan bir çoxunu yaralayıblar. Hətta 10 yaşlı bir uşaq başına aldığı dəyənək zərbəsindən müvəqqəti iflic keçirib və İmam Rza xəstəxanasına aparılıb. Bundan əlavə, bir çox etirazçı baş nahiyəsindən yaralanıb və ilkin ehtimala görə, yüz nəfərdən çox insan tutulub.
Digər bir məlumata görə, “Traktor” azarkeşlərindən birinin oldüyü ehtimal edilir. Ancaq bu haqda hələlik dəqiq məlumat yoxdur.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər