ABŞ prezidenti Obama onlayn rejimdə “Əl-Qaida” lideri Usəma Ben Ladenin öldürülməsi əməliyyatına baxıb. Prezident ABŞ xüsusi təyinatlılarının Ben Ladeni necə öldürdüklərini də izləyib. Belə ki, Obama xüsüsi təyinatlılardan birinin “bir nömrəli terrorçunun” sol gözünə necə atəş açıb öldürdüyünü öz gözləri ilə görüb. Həmin xüsusi təyinatlı daha sonra Ben Ladenin sinəsinə “yoxlama atəşi” açıb. ABŞ prezidenti həmçinini Ben Ladenin arvadını necə “canlı cədd”ə çevirmək istədiyini də seyr edə bilib.
Bütün bunları izələmək üçün xüsusi təyinatlıların kaskalarına xüsüsi kamera quraşdırılıbmış.