Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki şöbəsinə yeni rəis təyin edilib. Modern.az saytının Gəncəbasar bölgəsi üzrə əməkdaşı xəbər verir ki, bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev verib. O, yeni rəisi dünən keçirdiyi iclasda təqdim edib. Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər şöbəsinin yeni rəisi İlham Babayevdir.
O, 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1985-2001 ci illərdə Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən isə milli təhlükəsizlik sistemində çalışır. İ.Babayev 2004-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində müxtəlif məsul vəzifələrdə işləyib.
Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki şöbəsinə 2007-ci ilin əvvəlindən bu yaxınlaradək Vüqar Əliyev rəhbərlik edib.
Xaliq Qurbanov
Gəncə