Modern.az

Metyu Brayza Əhəd Abıyevlə görüşdü (FOTOLAR)

Metyu Brayza Əhəd Abıyevlə görüşdü (FOTOLAR)

Ölkə

4 May 2011, 16:40


ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Sülh Korpusunun yaradılmasının 50 illiyi ilə bağlı ölkəmizin bir sıra rayonlarına səfərə çıxıb. Bu gün ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza qərb bölgəsinə səfəri çərçivəsində Sülh Korpusunun könüllülərinin fəaliyyəti ilə maraqlanıb. Azərbaycanda bu korpusun könüllüləri fəallıqları ilə seçilir. Onlar ölkənin əksər şəhər və rayonlarında bir çox layihələr həyata keçirirlər.

Metyu Brayzanın qərb bölgəsinə səfəri Daşkəsən rayonundan başlayıb. Diplomat əvvəlcə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə görüşüb. Görüşdə səfirə rayonun iqtisadi potensialı haqqında ətraflı məlumat verilib. Metyu Brayza isə öz növbəsində Daşkəsənin füsünkar gözəlliyinə heyran qaldığını dilə gətirib.
Səfir daha sonra rayonda təhsilin vəziyyəti eləcədə könüllülərin bu istiqamətdə görüdkləri işlərlə  maraqlanıb.  Bir ildən artıqdır rayonda ingilis dilinin tədrisini aparan könüllü şagirdlərə bu dili mənimsədə bilib. Səfir və rayon rəhbərliyi həmçinin Daşkəsəndəki Heydər Əliyev muzeynə də baş çəkib. Muzeyin xatirə kitabına ürək sözlərini yazan Metyu Braza könüllü Jozef Kastelanonun yaşadığı evdə də olub.  

Daşkəsəndən sonra ABŞ səfiri Gəncəyə səfər edib. Buradakı SOS uşaq kəndində olub və şəraitlə yaxından tanış olub. İcra başçısı Elmar Vəliyevlə də görüşən amerikalı diplomat şəhər mərkəzi kitabxanasında Amerika güşəsi ilə maraqlanıb.

ABŞ hökümətinin qeyri-siyasi, qeyri-dini agentliyi olan Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılıb. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi və iqtisadi inkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir.






Xaliq Qurbanov
Gəncə
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər