Modern.az

General Yaşar Əliyev Baş Polis İdarəsindəki vəzifəsindən azad edilib

General Yaşar Əliyev Baş Polis İdarəsindəki vəzifəsindən azad edilib

Ölkə

5 May 2011, 10:37

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə yeni rəis təyin olunub. Baş Mühafizə İdarəsindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu ilin fevral ayında prezident İlham Əliyev Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov tutduğu vəzifədən azad edib. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər