Artıq Azərbaycanda fəaliyyət göstərən 3 əsas mobil operator – “Azercell”, “Bakcell” və “Nar Mobile” şirkətləri öz abunəçilərinə danışıq üçün kontur tarif sistemi deyil, manat sistemi tətbiq edir. İndi abunəçilərə mobil operatorların təklif etdiyi qiymətləri asan müqayisə etmək imkanı yaranıb. Belədə abinəçilər üçün maraqlıdır: bu operatorların hansı daha sərfəli danışıq qiymətləri təklif edir..?
Modern.az saytı onların təklif ediyi danışıq qiymətlərinin tutuşdurub və müqayisə aparıb.
Bunun üçün əməkdaşımız hər üç mobil operatorun məlumat mərkəzi ilə əlaqə saxlayaraq tarif planının qiymətlərini öyrənib.
Azərbaycanda ilk mobil operator olan "Bakcell"in danışıq tarif planı belədi:
"SevimliCin" tarif paketi:
- 5 sevimli nömrə arasında danışığın dəqiqəsi 3 qəpik
- Şəbəkədaxili danışıq qiyməti – pik saatlarında dəqiqəsi 6 qəpik, qeyri-pik saatlarda 4 qəpik
- 1 SMS-in qiyməti cəmi 3 qəpik
"QoshaCin" tarif paketi:
- Qoşa nömrələr arasında danışığın dəqiqəsi 1 qəpik
- Qoşa nömrələr arasında SMS-in qiyməti 1 qəpik
- Şəbəkədaxili zənglərin qiyməti – pik saatlarında dəqiqəsi 8 qəpik, qeyri-pik saatlarda 4 qəpik
"SevinCin" tarif paketi:
- Bütün istiqamətlərə zənglər eyni qiymətə-dəqiqəsi 8 qəpik
- Şəbəkədaxili danışıq qiyməti qeyri-pik saatlarda 4 qəpik
- 1 SMS-in qiyməti cəmi 3 qəpik
Mayın 1-dən kontur sistemindən manat sisteminə keçən “Azercell” mobil operatorunda danışıq tarif planı belə hesablanır:
“Hər yerə tarif” planında olanlar , yəni “Bizdən-bizə” abunəçiləri üçün 1 dəqiqə danışıq üçün şəbəkə daxilində, “Sim”dən- “Nar”a, “Sim”dən-“Cin”ə 10 qəpik hesablanır.
“Bizimkilər tarif” planına qoşulan abunəçilər 1 dəqiqə danışığa görə şabəkə daxilində 7 qəpik, digər mobil operatorlarla isə 14 qəpik ödəməlidirlər.
“Nar Mobile” abunəçilərinin danışıq tarif planında şəbəkə daxilində 1-ci dəqiqə 9 qəpik, 2-ci dəqiqə 6 qəpik, 3-cü dəqiqə 3 qəpikdir. Digər mobil operatorların abunəçiləri ilə isə 1 dəqiqənin danışıq qiyməti 12 qəpikdən hesablanır.
“Nar Mobile” abunəçilərindən “Hər tərəfə” tarif planına qoşulanlar ölkədaxili bütün mobil operatorlarla 1 dəqiqə üçün 5 qəpiklə danışa bilərlər. “Hər tərəfə” tarif planına qoşulmaq üçün ayda bir dəfə *777#5# “yes” yığmağla balansdan 1 AZN silinir və bir ay bütün tərəflərə 5 qəpiklə danışa bilər.
Mail Ağaxanov