Modern.az

Vətəndaşları aldadan tikinti şirkətinin sədri həbs olundu

Vətəndaşları aldadan tikinti şirkətinin sədri həbs olundu

5 May 2011, 16:59

“Mur-Ay” MMC-nin sədri vəzifəsində işləyən Elxan Hüseynov həbs edilib. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, o, Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

"Mur-Ay" MMC-nin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurub. Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olub.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-nin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılıb.

Dünən – mayın 4-də DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər