Modern.az

Leyla Əliyeva “Baku”da yazdı: “Babam bütün dostlarımı yaxşı tanıyırdı...”

Leyla Əliyeva “Baku”da yazdı: “Babam bütün dostlarımı yaxşı tanıyırdı...”

Ölkə

5 May 2011, 19:36

Mərhum prezidentin nəvəsi  Heydər Əliyevin ad gününü necə keçirməsindən  bəhs edib

Moskvada nəşr olunan “Baku” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu nömrəsi  mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunub.

Modern.az saytının məlumatına görə, “Baku” jurnalının baş redaktoru, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva məqaləsində babası, mərhum prezident Heydər Əliyev barədə xatirələrini qeyd edib.

“Heydər Əliyev üçün 10 may adi iş günü olurdu. Biz onun ad gününü yalnız axşam ailə daxilində qeyd edirdik. Babam hədiyyə verməyi çox sevirdi. Ancaq bununla yanaşı, ona bağışlanan hədiyyələrə qarşı xüsusi diqqət göstərmirdi. Hədiyyələr içində yalnız qalstuklar istisna təşkil edirdi. Kişi qarderobuna aid bu əşyaya Heydər Əliyevin münasibəti xüsusi idi”-deyə Leyla Əliyeva yazıb.  

L.Əliyevə keçmişə qısa ekskurs edərək Heydər Əliyevin siyasi olimpə qayıdışını bir neçə ştrixlə qeyd edib: “On ildən sonra kiçik bir kəndə qayıdan babam hamını xatırlayırdı. O, 10 il əvvəl görüşdüyü adamlarla elədiyi söhbətləri də yadında saxlamışdı. Belə unikal yaddaşı və məlumatlı olması dövlət işlərində ona düzgün qərar qəbul etməsinə xeyli kömək edirdi”-deyə baş redaktor yazıb. 

Leyla Əliyeva özünün həyatında da mərhum prezidentin unudulmaz iz buraxdığını vurğulayıb.

“Mənim üçün o təkcə baba deyildi, həm dost, həm məsləhətçi, həm də “daş hasar” idi. Elə problem yox idi ki, həll edə bilməsin. Mən uşaqlıqdan onun gücünü hiss edirdim. Onda nəsə kosmik enerji duyulurdu. Heydər Əliyeviç istənilən mövzu haqqında danışa bilir və məsləhətlərini verirdi. Babam mənim bütün dostlarımı yaxşı tanıyır və onların hər birinə diqqətlə yanaşırdı”-deyə L.Əliyeva vurğulayıb.

Azərbaycan prezidentinin qızı daha sonra bildirib: “Bu gün parlaq işıqlara qərq olunumuş Bakıya baxanda 1993-cü ilin qaranlıqlarını xatırlayırsan. Bu qaranlıq təkcə Bakının küçələrində deyildi. Problemlər girdabından çıxa bilməyən insanların gözündə də işıq sönmüşdü.  Heydər Əliyev işığı görürdü. Ona doğru ümidlə irəliləyirdi”.
L.Əliyeva mövzunu bir qədər kövrək notda tamamlayıb:

“O çoxdandır ki, aramızda yoxdur. Amma biz həmişə babanı yanımızda hiss edirik. Bizə elə gəlir ki, o burdadır, hər şeyi görür, başa düşür. Həyatda olduğu kimi...Onu sevənlərin duyduğu bu hiss irəli hərəkət etməkdə daim kömək edir”.


Xaqani Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər