Modern.az

Deputat amnistiya verilməsini təklif edib

Deputat amnistiya verilməsini təklif edib

6 May 2011, 12:42

Milli Məclisin bu günkü iclasında deputat İqbal Ağazadə 28 may Respublika günü ilə bağlı amnistiya verilməsini təklif edib. Modern.az parlamentdən bildirir ki, deputat cəmiyyətdə vətəndaş sülhünün yaradılamsı üçün bunun vacib olduğunu deyib.

“Amnistiya aktı qəbul edilməli, Eynulla Fətullayev, Ruslan Bəşirli və digərləri həbsxanadan çıxmalıdırlar. Bununla vətəndaş cəmiyyətinə yeni impuls vermək olar”-deyə İ.Ağazadə qeyd edib.

Deputat vurğulayıb ki, aktı qəbul etmək üçün dövlət başçısı Milli Məclisə göndərə, yaxud özü qərar qəbul edə bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu