Modern.az

9-cu və 11-ci siniflərin buraxılış imtahanlarının günləri məlumdur

9-cu və 11-ci siniflərin buraxılış imtahanlarının günləri məlumdur

Ölkə

6 May 2011, 14:15

Təhsil naziri Misir Mərdanovun ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədəki əmrinə əsasən, bütün rayonlar üzrə 9-cu və 11-ci siniflərin buraxılış imtahanlarının keçiriləcəyi tarix məlumdur.
Təhsil Nazirliyinin Monitorinq və qiqmətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, buraxılış imtahanlarına 2 iyun tarixində start veriləcək.
respublikanın bütün ümumtəhsil məktəblərində ötən dərs illə­rində bu­ra­xı­lış imtahanların­dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirmə­yən və eksternat qayda­sında imtahan vermək üçün müra­ciət edən şəxslər də əhatə olun­maqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.

Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçiriləcək.
 
Modern.az as saytının məlumatına görə, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağı­dakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək:

- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində;

- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində;

- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;

- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkə­sən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;

- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;

- Astara, Biləsuvar, Cəlil­abad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;

- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;

Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümum­təh­­sil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və ra­yon­ların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.

Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda gös­təri­lən ta­rix­lər­də keçiriləcək.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tari­xin­də Bakı şəhərində keçiriləcək.

Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış im­ta­hanlarının aparılması Təhsil Nazir­liyi tərəfindən hazırlanmış imtahan mate­ri­al­ları gür­cü dilinə tərcümə edil­mək­lə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazıla­caq yekun qiymət şagirdin fənn üzrə sınaq imtaha­nı­nın nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadət­naməyə yazılacaq ye­kun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymət­ləri əsasında hesablanacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər